Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2024 08:40
"Avropa İttifaqının hazırkı rəhbərliyi vəzifəsindən uzaqlaşdırılmalıdır, əks halda Macarıstan və bütün birlik bunun əvəzini ağır ödəyəcək".
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O, Aİ-nin hazırkı rəhbərliyini kəskin tənqid edib: "Avropa iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakətdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşır, cinayətlər və zorakılıq halları artır, onlar (Aİ-nin hazırkı rəhbərliyi - Qeyd) böyüdəcəkləri uşaqları gender fəallarına təhvil vermək istəyirlər.
Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif çıxış etmisinizsə, seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir şey edə bilərsiniz: əşyalarınızı götürün və gedin. Brüssel rəhbərliyi getməlidir.
Biz Brüsselə nəzarəti ələ keçirməliyik, bürokratları kənarlaşdırmalıyıq və işləri öz əlimizə almalıyıq. Bunu etməsək, Brüsseldəki liderlərin səriştəsizliyi və acizliyi ucbatından təkcə Avropa deyil, biz macarlar da əziyyət çəkəcəyik", - deyə o bildirib.