Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Duzlu yemək də xərçəng yaradır - Onkoloq

Duzlu yemək də xərçəng yaradır - Onkoloq

Tarix: 20 Aprel 2024 08:48

Yağlı, qızarmış qidaların xərçəng riski yaratdığını bilirdik. Artıq duzlu qidalar da bura daxil edilib.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin bu qidaları nə ilə əvəz etmək yollarını açıqlayıb.

"Xərçəngdən qorunmaq üçün müntəzəm olaraq menyunu təzə tərəvəz, göyərtilərlə zənginləşdirmək lazımdır.

Siqaret və alkoqoldan imtina edin.

Hisə verilmiş qidalar, yağlı, qızartma və duzlu yeməklər xroniki xəstəlik və xoraları kəskinləşdirir. Konservantlar və kimyəvi maddələr bədxassəli şiş riskini artırır.

Hüceyrələr üçün enerji mənbəyi qlükozadır, amma həddən artıq şəkər qəbulu da onkoloji xəstəliklər faktorudur. Çünki onlar da hüceyrədir və şəkər onları böyüdür.

Transyağlar, emal olunmuş qidalar, duz, şəkər, turşu həqiqətən xərçənglə əlaqəlidir. Rasiona dəyişiklik etmək bu riski azalda bilər.

Antioksidantlarla zəngin göyərti, tərəvəz, qırmızı pomidor, bibər, kələmlər, alma, limon, balıq, yaşıl çay daim süfrənizdə olsun", - o bildirib.


Etiketlər:  Duzlu yemək xərçəng yaradır Onkoloq


RƏYLƏR