Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski elan etdi: ABŞ-la da təhlükəsizlik müqaviləsi...

Zelenski elan etdi: ABŞ-la da təhlükəsizlik müqaviləsi...

Tarix: 20 Aprel 2024 21:10

Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır. Sənəd ABŞ Konqresində Ukraynaya yardımın nəzərdən keçirilməsi tamamlandıqdan sonra imzalana bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

"Bizim artıq 9 müqaviləmiz var, Konqresdə Ukraynaya yardıma dair qərar qəbul edildikdən sonra biz Birləşmiş Ştatlarla bu vacib razılaşmaya gələcəyik", - Zelenski qeyd edib.

Onun sözlərinə görə, bu, təkcə ABŞ-ın Ukraynaya hərbi dəstəyinə aid deyil, həm də humanitar aspektlərə, yenidənqurma, maliyyə dəstəyi və enerjiyə təsir göstərir.

Milli.Az


Etiketlər:  Zelenski elan etdi ABŞ la da təhlükəsizlik müqaviləsi


RƏYLƏR