Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yer tarixinin ən iri ilanının qalıqları aşkar edildi - FOTO

Yer tarixinin ən iri ilanının qalıqları aşkar edildi - FOTO

Tarix: 21 Aprel 2024 07:32

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar.

Tədqiqatçılar hesab edirlər ki, o, "Madtsoiidae" ailəsinin ən böyük üzvü sayılan ilanın uzunluğu 15 metrə çatıb (avtobusdan daha uzun - red.).

Tapılan sürünən bir çox fərdi xüsusiyyətlərə əsaslanaraq yeni növ kimi təsnif edilib və ənənəvi olaraq Şiva tanrısının boynunda təsvir olunan mifik ilanının şərəfinə "Vasuki indicus" adlandırılıb.

Mütəxəssislərin fikrincə, ilan ölkədə təxminən 47 milyon il əvvəl yaşaya bilərdi.

Milli.Az


Etiketlər:  Yer tarixinin ən iri ilanının qalıqları aşkar edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ