Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ACES-in prezidenti: “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”

ACES-in prezidenti: “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”

Tarix: 21 Aprel 2024 19:20

"Bakını çox sevirəm. Azərbaycanı, xüsusilə də Gəncəni çox yaxşı tanıyıram".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti Qian Francesco Lupattelli Milli Gimnastika Arenasında "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

Qurum rəhbəri bildirib ki, 9 fərqli ölkədən olan nümayəndələrlə Bakıya gəlmişik: "Gözəl təqdimat oldu. Buna görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçiləcək. 2027-ci il üçün digər namizəd şəhərlərimiz var".


Etiketlər:  ACES prezidenti İnanıram Bakı 2026 ildə dünyanın idman paytaxtı seçiləcək


RƏYLƏR