Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bonnal: “Azərbaycan idmanın inkişafına hər zaman töhfəni verib”

Bonnal: “Azərbaycan idmanın inkişafına hər zaman töhfəni verib”

Tarix: 21 Aprel 2024 19:46

"Bakı ecazkar şəhərdir, Azərbaycan isə çox möhtəşəmdir".

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Monakonun təhsil, gənclər və idman komissarı İsabel Bonnal Milli Gimnastika Arenasında "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi" mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, idmanın nə qədər əhəmiyyətli olduğunu artıq hamı bilir: "Bunun təhsillə və zehni baxımdan təsiri ilə bağlı danışmaq çox vacibdir. Bizi xoş qarşıladığınız üçün çox sağ olun. Bu peşəkarlığı yüksək qiymətləndiririk. Azərbaycan idmanın inkişafına hər zaman töhfəni verib. Hətta ölkədə yerləşən parklarda müxtəlif yaş qruplarından olan insanlar belə idmanla məşğul olurlar. Bu, sadəcə möhtəşəmdir. Burda olduğumuz müddətdə Cüdo Təlim-Məşq Bazasını, Milli Gimnastika Arenasında olduq və burada yaradılan çox yüksək səviyyədə şəraiti gördük".


Etiketlər:  Bonnal Azərbaycan idmanın inkişafına hər zaman töhfəni verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ