Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 20:56
Litva və Polşa hərbçiləri Suvalski dəhlizi bölgəsində NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər keçirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.
Təlimlərdə motoatıcı briqadanın və müttəfiq bölmələrinin 1500 əsgəri, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir. Aprelin 26-dək davam edəcək təlimlərə ABŞ və Portuqaliya hərbçiləri də qatılıb.
Suvalski dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə həmsərhəd olan Litva və Polşa arasında sərhədin 64 km-lik hissəsidir.