Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın üç yaşayış məntəqəsində təcili təxliyə ELAN EDİLDİ

Rusiyanın üç yaşayış məntəqəsində təcili təxliyə ELAN EDİLDİ

Tarix: 21 Aprel 2024 21:46

Rusiyanın Kurqan vilayətinin Belozerski rayonunun üç kəndində Tobol çayında suyun artması ilə əlaqədar təcili təxliyə elan edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Kurqan Region Official" Telegram kanalı Belozerskoye kəndi ərazisində suyun səviyyəsinin 5,8 metri keçdiyini, Pamyatnoye kəndi yaxınlığında isə 4 metrə yaxınlaşdığını bildirib.

"Belozerski rayonunda su basmış zonanın - Belozerskoye, İkovskoye, Lixaçi, Buzan, Nijnetobolnoye, Reçkino, Ekimovo, Pamyatnoye, Volosnikova, Redkino, Rusakovo, Rıçkovo, Koşkino, Qaqarye, Oxotino, Malı Zapoloy, Koryukino, Maslyanaya qəsəbəsinin sakinlərini qabaqlayıcı şəkildə təxliyə etmək lazımdır", - məlumatda deyilir.

Daha əvvəl Tümen vilayətinin qubernatoru Aleksandr Mur Tümendə İşim çayında suyun səviyyəsinin tarixi maksimuma çatdığını bildirib. Hazırda şəhərdə suyun səviyyəsi artıq 10,6 metrə çatıb.

Mur özünün "Teleqram" kanalında da yazıb ki, bənd Tümen vilayətinin İşim rayonunun Bolşoy Ostrov kəndi yaxınlığında suyun təzyiqinə tab gətirə bilmir.

Milli.Az


Etiketlər:  Rusiyanın üç yaşayış məntəqəsində təcili təxliyə ELAN EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ