Avro-2020-nin seçmə mərhələsində Şimai İrlandiya ilə oyun (6:1) Almaniya millisinin üzvü Serj Qnabri üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, matçda het-trik edən hücumçu, millidə keçirdiyi ilk 13 oyunda 13 qol vurub.
Qnabri bununla da, yığmada 13 qol səddinə ən tez çatan oyunçu olub. O, Miroslav Klozenin rekordunu qırıb. Keçmiş hücumçu ilk 13 oyununda 11 qol vurmuşdu.