Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 19:48
Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib.
Sonxeber.net bildirir ki, bu barədə Baku TV-yə danıaşan sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir.
"İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar", - sakin Əziz Salmanov söyləyib.
Ev sahibləri bildirirlər ki, ilanların həmin ərazidə çox olmasının səbəbi ətrafı kol-kosun basmasıdır.