Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Aldığın hədiyyədən, ailəndən bizə nə?''

''Aldığın hədiyyədən, ailəndən bizə nə?''

Tarix: 22 Aprel 2024 21:15

"Hər xanım öz şəxsiyyətini düşünməlidir. Xanım həyatında kimlərsə, nələrsə varsa, bacardığı qədər münasibəti gizli saxlasın. Qadın nə qədər gizli olsa, nə qədər şəxsi həyatında olan, hətta ailsəi ilə münasibəti gizli saxlasa yaxşıdır. Onlar xalqı maraqlandırmır. Şəxsiyyətini qoruyan qadın özünü xalqa güldürməz".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Tarixin bir günü" proqramında deyib. Xanımlara səslənən müğənni onlara məsləhət verib:

"Xalqın sevgisini qazanmaq istəyən şəxsiyyətini qorumalıdır. Hesab edir ki, ailədə nə iş görürsə televiziyaya çatdırırsa, bu ağıllı deyil. Ona kənardan gülürlər. Sənin ailə və ya onunla nə edirsənsə, bizə nə. Kimdən nəsə hədiyyə almısansa, heç kimi maraqlandırmır".

Dostəliyeva bildirib ki, müğənnilərin efirdə şəxsi həyatlarından danışmasını düzgün hesab etmir:

"Xalqı maraqlandıran sənin şəxsiyyətin, özünü aparmağın, xalqa olan səmimi sevgin və sənətindir. Bunun öhdəsindən gələcəkəsənsə, sevgi qazanacaqsan. Aparıcının zarafatına uyub açıb sandığı tökürsənsə, sevilməyəcəksən". 


Etiketlər:  Aldığın hədiyyədən ailəndən bizə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ