Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

Tarix: 23 Aprel 2024 13:24

AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı adını finala yazdırıb.

Yarımfinalın ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1). Bu gün onlar arasında tay-brek oynanılacaq.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.


Etiketlər:  Azərbaycan çempionatında finalçı bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ