Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı

Türk hərbi gəmisi Moqadişu limanında: prezident qarşıladı

Tarix: 24 Aprel 2024 07:12

Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Xınalıada F514" gəmisi Somalinin paytaxtı Moqadişu limanına daxil olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Horseed" portalı xəbər verib.

Qeyd olunub ki, cari ilin fevral ayında Türkiyə ilə Somali arasında 10 il müddətinə nəzərdə tutulmuş hərbi və iqtisadi əməkdaşlıq haqqında imzalanmış sazişin icrasına başlanılıb.

Gəmini limanda qarşılayan rəsmilər arasında Somali Prezidenti Həsən Şeyx Məhəmməd də olub.

Milli.Az


Etiketlər:  Türk hərbi gəmisi Moqadişu limanında prezident qarşıladı


RƏYLƏR