Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bağırsaq üçün ƏN FAYDALI QİDA

Bağırsaq üçün  ƏN FAYDALI QİDA

Tarix: 24 Aprel 2024 10:39

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib.

Həkim bağırsaq problemi olan insanları bu məşhur və əlçatan məhsulu qida rasionlarına əlavə etməyə çağırıb.

Endokrinoloq qeyd edib ki, qırmızı kələmin suyu faydalı bakteriyaların artmasını stimullaşdırır, Kron xəstəliyi və xoralı kolitin simptomlarını aradan qaldırır.

"Bundan əlavə, qırmızı kələmin təzə çəkilmiş şirəsi qoruyucu funksiya yerinə yetirir: toksinlərin, qida antigenlərinin və mikroorqanizmlərin orqanizmə sovrulmasını azaldır", - deyə mütəxəssis əlavə edib.

O bildirib ki, qırmızı kələm yemək mədə-bağırsaq xəstəliklərinin qarşısını alır.

Sonda Pavlova xatırladıb ki, kələmin istənilən növü faydalıdır, çünki onun tərkibində bitki lifləri və fol turşusu var.


Etiketlər:  Bağırsaq üçün FAYDALI QİDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ