Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 11:14
Moskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq.
Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.