Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 13:54
"Yunus Oğuz Şuşaya, ümumən Qarabağa aparan cığırı çox gözəl tərənnüm edib"
Sonxeber.net bildirir ki, bu sözləri Olaylar.az-a açıqlamasında əməkdar jurnalist Etibar Babayev deyib:
""Cığır" yeni dövrün ən gözəl nümunəvi romanıdır. Yazıçı əsərdə Türk ruhunu da ortaya qoyur, Türkün gücünü oxucularına, dünyaya çatdırır. Romanda türk ruhu, türk birliyi zəfərin təminatçısına çevrilir. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin qardaşlıq və dostluq münasibətləri fonunda dünya tərəfindən sərlərlə qarşısı alınan türk birliyinin təntənəsi canlandırılır. Faktiki-tarixi materialı bədii mətnlə üzvi şəkildə məharətlə birləşdirərək 44 günlük müharibənin canlı mənzərəsini yaradan Yunus Oğuz bu əsəri ilə oxucuya həmin zaman kəsiyinin aurasını, qələbə və zəfər sevincini, Şuşa qürurunu yenidən yaşadır. Yunus Oğuzun tarixi romanları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun əsərləri bir qayda olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onların vətənpərvər böyüməsində mühüm rol oynayır.
Düşünürəm ki, "Cığır" romanı həqiqətən Dövlət mükafatına layiq görülməlidir. Bu həm də digər yazıçılarımıza, xüsusilə də bundan sonrakı zəfərimizi öz əsərlərində əks etdirəcək yazıçılarımıza, gənclərimizə də bir nümunə və örnək olacaq".