Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Tarix: 29 Aprel 2024 11:00

Mərkəzi Bank tərəfindən aparılmış yoxlamalar nəticəsində "ABB-İnvest İnvestisiya Şirkəti"nin vəzifəli şəxsi cərimə edilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsinə müvafiq olaraq "ABB-İnvest İnvestisiya Şirkəti" ASC-nin vəzifəli şəxsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2 min manat məbləğində cərimə edilib.


Etiketlər:  Azərbaycanda vəzifəli şəxs cərimələndi


RƏYLƏR