Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2024 15:54
Urmiya gölündə su həcminin artmasının ölkə məsullarına heç bir aidiyyəti yoxdur, bu, Tanrının və təbiətin işidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İranın Meşə və Otlaqlar Elmi-Tədqiqat İnstitutu professoru Məhəmməd Dərviş deyib.
O, havaların istiləşməsi ilə gölə toplanan az miqdarda suyun buxarlanacağını qeyd edib:
"Urmiya gölü 6 ay ərzində quruyacaq".
Qeyd edək ki, Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetrdir. Hazırda göldə 2 milyard kubmetr su mövcuddur.