Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2024 05:06
Türkiyənin Tokat rayonunda Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması keçirilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Tokat Baytarlıq Palatasının bağçasında keçirilən yarışmada "bəzəkli" və "baxımlı" kateqoriyalarında 28 pişik podiuma çıxıb.
Münsiflər heyəti müsabiqədə iştirak edən pişiklərin gözlərini, qulaqlarını, pəncələrini və bədənlərini yoxlayıb.
Baxımlı kateqoriyada Feyza Gökçenin pişiyi Şila, bəzəkli kateqoriyada isə Songül Elcenin pişiyi Salen birinci olub.