Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 09:42
Bakı. Samir Əli - Trend:
Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da baş verib.
Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin