Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 10:02
Rusiya ordusu mayın 9-dək ölkənin şərqində və digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu "Polad Sərhəd" sərhəd dəstəsinin mətbuat xidmətinin rəhbəri İvan Şevtsov bildirib.
"Putinin timsalında düşmən müəyyən vaxtları sevir və indi onların müddəti mayın 9-dur. Onlar belə bayramları sevirlər və məhz mayın 9-da düşmən həm Ukraynanın şərqində, həm də digər istiqamətlərdə hücum əməliyyatlarına başlamağı planlaşdırır. Lakin Müdafiə Qoşunları, o cümlədən sərhədçilər də buna hazırdırlar", - Şevtsov vurğulayıb.
O, əmin olduğunu bildirib ki, rus ordusunun istənilən istiqamətdə irəliləyiş cəhdlərinin qarşısı alınacaq.