Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 07:30
Gürcüstanın Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq edib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, Tbilisidə etirazçılar Kür sahilləri boyunca nəqliyyatın hərəkətini kəsiblər.
Nazirlik etirazçılara xəbərdarlıq edərək bildirib ki, yollar açılmasa, onlar məcbur qalıb kütləni dağıdacaqlar. Tbilisidə küçələrin bağlanması yoldan istifadə edən sürücüləri də narahat edib. Belə ki, etirazçılarla sürücülər arasında mübahisə yaranıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin ətrafında qarşıdurma halları davam edir.
Mitinq iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin həyətinə zibil qutusu atıblar. Parlament binasının həyətindən vaxtaşırı su şırnaqları və qaz buraxılır. Lakin etirazçılar hələ də küçələrdən çəkilmir.