Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2024 08:16
Britaniya Daxili İşlər Nazirliyinin (DİN) rəsmiləri Ruandaya deportasiya etməyi planlaşdıran qanunsuz miqrantları saxlamağa başlayıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə DİN rəhbəri Ceyms Kleverli bildirib.
"Xüsusi bölmələrimiz Ruandaya uçuşlar həyata keçirə bilməmiz üçün burada qalmaq hüququ olmayanları tez bir zamanda saxlamaq üçün fəal şəkildə işləyir", - nazir deyib. "Bizim tərəfdaşlığımız miqrantları La-Manş vasitəsilə ölümcül kanallararası səyahətdən çəkindirəcək", - o deyib.
Qanunsuz mühacirlərin müvəqqəti saxlanılması üçün hazırlanmış mərkəzlərdə 2,2 minə qədər insan saxlanıla bilər. Britaniya hökumətinin planlarına görə, saxlanılanların Ruandaya kütləvi deportasiyası 9-11 həftə sonra başlayacaq.