Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 08:10
Superliqa komandalarından "Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl istefa verib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Superliqa komandalarından olan "Hatayspor" liqada keçirdiyi son 10 matçda 7 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə qazanıb və nəticədə aşağı liqaya düşüb.
İstədiyi nəticəni əldə edə bilməyən Dəmirəl istefa vermək qərarına gəlib.
O, istefa ərizəsini rəhbərliyə təqdim edib.
Superliqaya 4 həftə qalmış 33 xalı olan "Hatayspor" 18-ci pillədə yer alıb.
Son 4 həftədə "Hatayspor" səfərdə "Qaziantep FK" və "Beşiktaş", evdə isə "Ankaragücü" və "Çaykur Rizəspor"la qarşılaşacaq.