Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 16:20
"Neftçi"nin növbəti mövsüm üçün anlaşdığı deyilən 22 yaşlı nigeriyalı Akinkunmi Amoo 2022-ci ildə Danimarkada cinsi təcavüzə görə həbsdə olub.
Sonxeber.net-ın futbolinfo.az-a istinadən məlumatına görə, həmin vaxt cinsi təcavüzdə günahlandırılan futbolçu ilə bağlı məhkəmə birillik həbs qərarı verib.
Ardından isə o, ölkədən deportasiyası edilib.
Hətta qərarda o da vurğulanıb ki, futbolçunun 6 il müddətinə Danimarkaya girişi qadağan edilsin.
Qeyd edək ki, "Neftçi"nin futbolçu ilə 4 illik müqavilə imzalayacağı deyilir. Futbolçunun Bakı klubunun düşərgəsində olması və bununla bağlı fotoların yayılması iddialları gücləndirib. Lakin "ağ-qaralar" hələ ki, keçid barədə rəsmi məlumat yaymayıb.