Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2024 19:28
"44 günlük müharibə Ermənistan Respublikasının vətəndaşı, sonra isə baş prokuror kimi mənim üçün ən ciddi və qəddar dərs oldu".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan mayın 3-də Milli Assambleyanın iclasında Baş Prokurorluğun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
O vurğulayıb ki, bu dərsdən üç mühüm nəticə çıxarılıb:
"İlk növbədə, hərbi prokurorluğa gəldikdə, hazırda bizdə ciddi kadr və peşəkar proseslər gedir. Mən və hərbi prokurorluq mütəmadi olaraq hərbi hissələrdə oluruq. Məqsədimiz orduda şəxsiyyətlərarası münasibətlərə görə cinayət trayektoriyasının formalaşmasının qarşısını almaqdır".