Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanlı milyarder İngiltərə klubunu aldı

Qazaxıstanlı milyarder İngiltərə klubunu aldı

Tarix: 6 May 2024 15:20

Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən "Uikomb Uonderers" klubunun sahibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

Qeyd edək ki, "Uikomb Uonderers" 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.

Milli.Az


Etiketlər:  Qazaxıstanlı milyarder İngiltərə klubunu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ