Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 06:42
Avropa Birliyi (AB) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizini Kiyevin hərbi ehtiyacları üçün istifadə etməyə razılaşıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Latviyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib.
"Bu, əhəmiyyətli bir məbləğdir və ildə bir neçə milyard avro təşkil edir", - kansler bildirib.
Qeyd edək ki, Ukraynada münaqişə başlayandan sonra AB və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurub.