Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 17:32
İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Reuters"ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.
Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və "Shin Bet" kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.