Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2024 14:20
Moskvanın şimal-qərbində 15 yaşlı yeniyetmə 9-cu mərtəbədən yıxılaraq xəstəxanaya yerləşdirilib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, hadisə çərşənbə axşamı saat 20.40 radələrində Fomiçeva küçəsində baş verib.
Yeniyetmənin yaxınlıqdakı küçədə yaşadığı müəyyən edilib. Onun niyə bu evdə qalması və hansı şəraitdə pəncərədən düşdüyü polis tərəfindən müəyyən edilir. Zərərçəkən ağır qarın xəsarətləri və ayağının sınığı ilə xəstəxanaya çatdırılıb.