Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Tarix: 8 May 2024 19:18

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür.

Şam fıstığı və badam dəri üçün faydalı olan çoxlu E vitamini, qozun tərkibində döş xərçəngindən qoruyan selen və hamilə qadınlar üçün lazım olan fol turşusu var.

Fındığın tərkibində sinir sisteminə və yuxunun keyfiyyətinə müsbət təsir göstərən böyük miqdarda maqnezium, qozda isə saçın vəziyyətini yaxşılaşdıran biotin var.

Kişilərə püstə, fıstıq qoz və fındıq yemək tövsiyə olunur.

Bu qoz-fındıqları yemək kişinin reproduktiv sisteminə müsbət təsir edir və reproduktiv funksiyanı yaxşılaşdırır.

Bu çərəzlərin tərkibində kişi sağlamlığı üçün əvəzolunmaz yağ turşuları, sink, tiamin, arginin və fol turşusu da var.

Milli.Az


Etiketlər:  Qadınlar kişilər üçün faydalı olan ÇƏRƏZLƏR


RƏYLƏR