Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 06:50
Türkiyəli aktyorlar Furkan Andıç, Busə Maral və Çağdaş Onur Öztürk Bakıya gəliblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onların paytaxta səfərinin səbəbi rol aldıqları "Cadı" filminin qala gecəsidir.
Furkan Andıç təyyarədən olan fotosunu sosial şəbəkə hesabında paylaşaraq Azərbaycan dilində bunları yazıb:
"Bu axşam "Cadı" filminin qala gecəsində görüşənədək".
Busə Maral da İnstaqramda meneceri ilə paylaşım edərək, Bakıda olduğunu bildirib.