Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 18:02
"Karyeram ərzində bir çox klublarda oynamışam. "Qəbələ"nin mənim karyeramda ayrı bir yeri var".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu İlqar Qurbanov deyib.
Karyerası ərzində bir çox klubda oynamış veteran vaxtilə şərəfini qoruduğu "Qəbələ"nin Premyer Liqada sonuncu yeri tutması və aşağı dəstəyə yuvarlanmalı olmasına münasibət bildirib: "Doğrudan da, "Qəbələ" çox gözəl klubdur. Belə bir vəziyyətə düşməsi insanı acıdır. Bu, həm Azərbaycan futbolu, həm "Qəbələ"nin akademiyası və oyunçuları üçün heç yaxşı bir hal deyil. "Qəbələ" bu halı yaşayan ilk klub deyil. Bu halla rastlaşan bir neçə komandamız da olub. Onlar da l Liqaya düşüblər, hətta bir neçəsi sonda fəaliyyətini dayandırıb. Əlbəttə ki, xoş bir şey deyil".
Qurbanov komanda sayının artırılması və autsayderin Premyer Liqada qalması ehtimalı barədə də danışıb: "Qəbələ"nin Premyer Liqada qalmasını istəyərəm. Amma idman prinsipləri anlayış var. Bu prinsiplər olmasa, nəyinsə mənası olmaz. Misal olaraq, bu il hər kəs "Kəpəz"dən danışır. Əgər aşağı liqaya düşmək məsələsi olmasaydı, belə bir rəqabətə şahidlik etməzdik. Həm də belə bir effekt də görməzdik".
Qeyd edək ki, "Qəbələ"nin sonuncu yeri tutması Premyer Liqanın bitməsinə 4 tur qalmış rəsmiləşib.