Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 23:42
Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var.
1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəcə olaraq buzlu su ilə qarqara edin.
2. Əgər nəfəsinizi tutursunuzsa, onda hər spazmdan sonra 10 saniyə və ya plastik/kağız torbaya nəfəs ala bilərsiniz.
Başqa bir seçim yavaş nəfəs məşqləridir. Dərin nəfəs alın, sonra nəfəsinizi tutaraq beşə qədər sayın.
3. Diafraqma sahəsinə masaj etsəniz hıçqırıqdan qurtula bilərsiniz.
4. Dilin altına kiçik bir parça limon qoyun. Hıçqırıqlar gedənə qədər saxlamaq məsləhətdir.
5. Dilinizin ucunu barmaqlarınızla tutmaq və sürükləmək lazımdır.
Dərin nəfəs aldıqdan sonra dilinizi çölə çıxarıb nəfəsinizi tutun. Bu vəziyyətdə, burnunuzu tutmaq və qulaqlarınızı bağlamaq lazımdır. 40 saniyə ərzində yavaş-yavaş nəfəs alın.
6. Yerdə uzanmağa və ya oturmağa və sonra tez ayağa qalxmağa çalışın.