Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 10:00
Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyana qarşı təşkil etmək niyyətində olduğu impiçment prosesi bir qədər vaxt apara bilər.
Sonxeber.net erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.
"Paşinyanın impiçment prosesi bir neçə gündən çox vaxt aparmayacaq", - Qalstanyan deyib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda müxalifət dinc etiraz aksiyaları planlaşdırır.
Baqrat Qalstanyanın sözlərinə görə, iki müxalif parlament fraksiyası impiçment proseduruna başlamağa hazırdır.
Xatırladaq ki, dünən müxalifət İrəvanın mərkəzində iri miqyaslı mitinq keçirib.