Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan klubu dünya reytinqində 127 pillə irəlilədi

Azərbaycan klubu dünya reytinqində 127 pillə irəlilədi

Tarix: 11 May 2024 12:02

Klubların dünya reytinqi açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 505 klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. "Qarabağ" 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.

"Zirə" böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 127 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 60,75 xalla 384-cüdür.

"Neftçi" 59,25 xalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.

58,25 xala malik "Sabah" 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Mançester Siti" başçılıq edir - 416 xal.

Milli.Az


Etiketlər:  Azərbaycan klubu dünya reytinqində pillə irəlilədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ