Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 May 2024 17:26
"İdmana necə mübariz şəkildə başlamışdımsa, bu gün də eyni Rüstəməm".
İdman.biz xəbər verir ki, ağırlıqqaldırma üzrə dəfələrlə Azərbaycan çempionu və gənclər arasında Avropa çempionu Rüstəm İmanzadə deyib.
O, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qəhrəmanı olduğu idman dramı - "Hələ heçnə bitməyib - Rüstəm İmanzadə" filmi ilə bağlı fikirlərini açıqlayıb. Qitə çempionu bildirib ki, iştirak etdiyi yarışlarda çox nadir hallarda məğlub olub: "Qalan vaxt isə daha da güc toplayıb yenidən iştirak etdiyim yarışlarda ardıcıl çempionluqlar qazanırdım. Ümid edirəm ki, məğlubiyyətlə üzləşməmək üçün güclü olmağa öyrənmişəm. Qarşımı kəsən və başqa sahəyə yönəldənlər də oldu. Amma geri çəkilmək həyat tərzimə uyğun deyil. İnsanların gözündə davam etmək çətin olsa da, ən asan olan mənim üçün yenidən sağalıb idmana qayıtmaqdır. Mən zəkamın gücünə inanıram. Məni başa düşən ikinci insan tanımıram. Yenidən sağalacağıma inanıramsa, artıq bilirəm ki, belə də olacaq. Bu gün lazım olan əməliyyatlardan və müalicədən sonra bu tarixi birlikdə yazacayıq. İstəyirəm ki, bir sənədli film də çəkək və bütün dünyaya idmanımızı tanıdaq. Yenə də vurğulayıram, hələ də, heç nə bitməyib".
Qeyd edək ki, Rüstəm İmanzadə 2014-cü ildə Kiprin Limassol şəhərində keçirilən qitə birinciyilində 148 kq ağırlıq qaldırarkən sağ qolu qırılıb və belindən ağır zədələnib. Bir il ərzində müalicə alsa da, yarımçıq qalıb və karyerasını bitirmək məcburiyyətində qalıb.