Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 19:54
Qvatemalada 6,5 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya İnstitutunun məlumatında deyilir.
Bildirilib ki, yeraltı təkanlar 12.8 kilometr dərinlikdə qeydə alınıb.
Milli Fövqəladə Hallar İdarəsi öz növbəsində qeyd edib ki, ölkənin cənub-qərbində yerləşən San-Markos şəhərində xəstəxanaya cüzi zərər dəyib, həmçinin yollardan birinə qaya parçası düşüb.
Zərərçəkənlər barədə məlumat verilmir.