Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 May 2024 07:32
Hüquq-mühafizə orqanları parlament binasını bağlamağa cəhd edənləri qanunun tam sərtliyi ilə cəzalandıracaqlar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri deyib.
"Gürcüstan CM-nin 222-ci maddəsinin 2-ci hissəsinə əsasən, xüsusi əhəmiyyət kəsb edən obyektin normal fəaliyyətinə qrup şəklində maneçilik törədən və ya mane olanlar 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır", - deyə nazir bildirib.
Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzde də müxalifətin sabah parlament binası qarşısında iğtişaşa hazırlaşdığını açıqlamışdı.