Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şuşanın dağları”nı Xan Şuşinski ilə oxudu - VİDEO

“Şuşanın dağları”nı Xan Şuşinski ilə oxudu - VİDEO

Tarix: 13 May 2024 15:30

Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Sonxeber.net xəbər verir ki, müğənni tədbirdə "Şuşanın dağları" mahnısını yeni versiyada oxuyub.

Belə ki, mahnıda "Şuşanın dağları"nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer alıb. Xanbabayeva onunla virtual duet ifa edib. 

"Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra Sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm", - deyə müğənni instaqram hesabında yazıb.


Etiketlər:  Şuşanın dağlarını Şuşinski ilə oxudu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ