Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - VİDEO

Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - VİDEO

Tarix: 14 May 2024 12:30

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, buna səbəb sərnişin avtobuslarında əlil arabaları üçün qoyulmuş pandusların sürücü tərəfindən açılmaması olub.

Sərnişinlər fiziki məhdudiyyətli şəxs üçün sürücü tərəfindən pandusun açılmasını tələb ediblər. Sürücü pandusu açmaq istəmədikdə isə gərginlik daha da alovlanıb. Baş verənlər başqa bir sərnişin tərəfindən anbaan lentə alınıb. Mübahisələrin ardınca sürücü pandusu açıb.

Hadisə ilə bağlı sərnişin avtobusunun aid olduğu "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sosial şəbəkələrdəki görüntülərlə tanışdırlar. Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək:

"Bəzi hallarda pandusların açılması ilə bağlı problemlər olur, onunla bağlı da texniki yoxlama aparılır".

Sözügedən görüntüləri təqdim edirik:


Etiketlər:  Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ