Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çoxlu qəhvə içmək varikoz yaradır

Çoxlu qəhvə içmək varikoz yaradır

Tarix: 15 May 2024 01:03

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz.

Sonxeber.net "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:

"Venaların genişlənməsi venoz damarın naziləşməsidir. Bu zaman qan dövranı pozulur və tromb yarana bilər.

Bu baxımdan kofein belə damarlar üçün təhlükəlidir: çünki o damarları daraldır.

Əgər gündə 2 fincandan artıq qəhvə içmək problemi artırır.

Amma qəhvəni yorğuluğa qarşı su əvəzi içdikdə nəinki təzyiq, varikoz xəstəliyi də qazanmış olacaqsız.

Kofein qana keçən kimi damarların spazmı baş verir, bu zaman böyrəküstü vəzlər aktivləşir və getdikcə də tükənir.

Adrenalin çox sintez olur, bu da ürək döyüntüsünü artırır.

Daha sonra qan periferiyadan ürək, beyin, ağciyərlərə gedir. Nəticədə ayaqlardakı dərin venalarda qan azalır. Bu da qanın orda durğunluğu, qatılaşması və damar divarı iltihabına səbəb olur.

Varikozun səbəbi çoxdur, əlbətə qəhvə onu yaratmır, amma əgər risk varsa, qəhvə artırır".


Etiketlər:  Çoxlu qəhvə içmək varikoz yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ