Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 16:36
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Çinə avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq, 18,1 milyon dollara bərabər olub.
Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin aprel ayında Türkiyə Çinə 3 milyon dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 46,7 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.
Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,1 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.