Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 01:00
ABŞ və Yaponiya hipersəs raketlərinin qarşısının alınması üçün birgə saziş imzalayıblar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Razılaşmalara əsasən, Yaponiya tərəfi planlaşdırma mərhələsində hipersəs döyüş sursatlarını vurmalı olan raket əleyhinə sistemlər üçün raket mühərrikləri və elektrik stansiyasının komponentləri üzərində işləri öz üzərinə götürəcək.
Qeyd edək ki, bir müddət öncə ABŞ və Yaponiyanın bu layihəyə 3 milyard dollar ayıracağı haqda məlumat yayılmışdı.