Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2024 15:48
Slovakiya polisi Levitsa şəhərinin 71 yaşlı sakini Yuray Sintulaya qarşı Baş nazir Robert Fitsonun həyatına qəsdlə bağlı ittiham irəli sürüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, baş nazirə atəş açan şəxsi 25 ildən başlayaraq ömürlük azadlıqdan məhrumetməyə qədər həbs cəzası gözləyir.
Slovakiyanın hakimiyyət nümayəndələri sui-qəsdin siyasi motivlərlə həyata keçirildiyini bildiriblər.