Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın futbolçusunu heyətinə qatmaq istəyir - PLAN

“Qarabağ”ın futbolçusunu heyətinə qatmaq istəyir - PLAN

Tarix: 16 May 2024 16:10

"Qarabağ"ın qapıçısı Andrey Lunyovu heyətinə qatmaq istəyən klubun adı bəlli olub.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, 32 yaşlı rusiyalı qolkiper Moskva "Dinamo"sunun maraq dairəsindədir.

"Ağ-mavilər" yay transfer pəncərəsində qapıçı mövqeyini Andreylə gücləndirməyi planlaşdırır. Rusiyalılar "Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq Lunyovu azad agent kimi sıralarına qatmaq niyyətindədir.

Qeyd edək ki, Lunyov cari mövsümün 32 oyununda 40 qol buraxıb.


Etiketlər:  Qarabağın futbolçusunu heyətinə qatmaq istəyir PLAN


RƏYLƏR