Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Tarix: 16 May 2024 21:39

Ana təbiət əslində hamıya səxavətlə davranır,  otunu, çiçəyini insanların ayaqları altına sərir. Sadəcə, biz onun dilini bilmirik, hansı otun, çiçəyin hansı dərdə dərman olmasından xəbərsizik.

Lent.az "Şəfalı bitkilər" rubrikasında bu dəfə el arasında acıqovuq kimi tanınan zəncirotu barədə məlumat verir. Onun zərif, top kimi yumru başlı toxumlarını hamı qırıb üfürür, arzularının yerinə yetib-yetməyəcəyini öyrənməyə çalışır. Əslində zəncirotu həqiqətən də sehrli bitkidir, bəli o arzuları yerinə yetirir,amma ancaq sağlamlıqla bağlı olan arzuları. 

Zəncirotunun 2000-dən çox növü var.

Bu bitkinin tərkibi kalsium, kalium, natrium, fosfor, maqnium, dəmir, selen, sink, marqanes, C, E, PP, K, A, B1, B2, B6, B9 vitaminləri ilə zəngindir.

Zəncirotu qurudulduqdan sonra da onun tərkibində olan vitaminlərin keyfiyyəti itmir. Zəncirotunun çiçəklərindən dadlı və faydalı mürəbbə bişirmək olur. Zəncirotu bitkisinin  şirəsi orqanizmi yeniləyir, buna görə, ondan kosmetik vasitələr hazırlanır.

Bu bitkinin çayı əzələ və sümük inkişafını dəstəkləyir, dəri xəstəliklərinə yaxşı təsir edir, arıqlamağa kömək edir, xərçəngin müalicəsi üçün faydalıdır, qan təzyiqini balanslaşdırır, sidikqovucudur, əsəbləri sakitləşdirir. Həzmi sürətləndirir, iştahı artırır.

Dünyanın müxtəlif ölkələrində xalq təbabətində zəncirotundan sinqa, qaraciyər, sidik sistemi, şəkərli diabet , qan azlığı kimi xəstəliklərin müalicəsində  istifadə olunur. 


Etiketlər:  Arzuları yerinə yetirən sehirli Zəncirotu barədə bilmədiklərimiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ