Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO

“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO

Tarix: 17 May 2024 11:35

"Plastik əməliyyat olundum və 17 gün sonra efirə çıxdım. Hətta tikişlərim belə sökülməmişdi. Yazılan tənqid dolu şərhlər normal haldır və mən onlara hazır idim". 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Xəzər axşamı" verilişində qonaq olan müğənni Nazənin Salayeva deyib. 

Sənətçi bildirib ki, əməliyyatdan sonra onu dünya pop kralı Maykl Ceksona bənzədirlər: 

"İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Ünvanıma yazırlar ki, Maykl Ceksona oxşayırsan. Bilsələr də, bilməsələr də yazırlar. Təki yazmağa söz olsun". 

Salayeva keçirdiyi plastik əməliyyatlardan razı qaldığını vurğulayıb: 

"Keçirdiyim plastik əməliyyatın üzərindən heç bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin. Plastik cərrah mənim üzümü çox dartmayıb. O, üzümdəki, təbiiliyi qoruyub, saxlayıb. Mən əksinə yazılanları sevirəm. Uğurum var ki, onlar mənə tənqidi fikirlər yazırlar". 

Qeyd edək ki, Nazənin Salayeva bir müddət əvvəl özəl klinikaların birində üz və alıngərmə əməliyyatları keçirib. 


Etiketlər:  Yazırlar əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ