Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2024 16:25
Avroviziya təmsilçimiz Samirə Əfəndi canlı efirdə qorxulu anlar yaşayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Rəngarəng" verilişində sənətçi ilə oyun oynanılıb. Belə ki, Samirə gözübağlı şəkildə əli ilə qutuda nə olduğunu təxmin etməli olub.
Sonuncu qutuya isə diri ilan qoyulub. Bu zaman digər qonaq aktyor Elməddin Cəfərov "Samirə bəsdir, alqışlar" deyərək oyunu dayandırmaq istəyib. Lakin aparıcılar davam edtirib.
Əfəndi bir neçə dəfə toxunduqdan sonra onun diri ilan olduğunu başa düşüb və qorxaraq gözünü açıb.