Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Paşinyan istefaya hazırlaşmır”

“Paşinyan istefaya hazırlaşmır”

Tarix: 17 May 2024 19:24

"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə deyib. 

O vurğulayıb ki, ölkədə növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. 

Onun sözlərinə görə, partiyası Paşinyanın istefası gündəliyi ilə Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüşə bilməz. 

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.


Etiketlər:  Paşinyan istefaya hazırlaşmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ